Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən regionlarda yaşayan gənclərin rəqəmsal bilik və bacarıqlarının inkişaf etdirilməsi, müasir texnologiyalardan səmərəli istifadə imkanlarının genişləndirilməsi məqsədilə silsilə təlimlər təşkil olunub.
Ağstafa, Gəncə, Masallı, Sumqayıt, Xaçmaz və Qəbələ şəhər və rayonlarında keçirilən təlimlərdə 100-dən çox gənc iştirak edib.
Təlim proqramı çərçivəsində iştirakçılara süni intellekt texnologiyaları, kibertəhlükəsizlik, ofis proqramlarından və sosial media platformalarından düzgün və effektiv istifadə, eləcə də müasir texnologiyaların gündəlik həyat və fəaliyyətə tətbiqi ilə bağlı məlumatlar təqdim olunub. İnteraktiv müzakirələr və praktiki tapşırıqlar vasitəsilə gənclərin mövzular üzrə biliklərinin möhkəmləndirilməsinə, rəqəmsal alətlərdən istifadə bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.
Təlimlərin əsas məqsədi gənclərin rəqəmsal mühitdə daha fəal və məlumatlı iştirakını təşviq etmək, onların texnoloji yeniliklərə uyğunlaşma imkanlarını artırmaq, həmçinin rəqəmsal bacarıqların şəxsi inkişaf və gələcək karyera imkanlarında rolunu təşviq etməkdir.
Qeyd edək ki, silsilə təlimlər “Rəqəmsal Gənclik” proqramı çərçivəsində təşkil olunub.





