Scroll Top

ƏMƏKDAŞLARIMIZ ÖZBƏKİSTANDA “GƏNCLƏR – GƏLƏCƏYİN YARADICILARI” QURULTAYINDA İŞTİRAK EDİB.

779931826_18120817906870034_8041475251689415980_n

10–15 avqust tarixlərində Özbəkistan Respublikasının Şəhrişəbz şəhərində müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirən “Gənclər – Gələcəyin yaradıcıları” V Beynəlxalq Ekoloji Qurultayı keçirilib.

Beynəlxalq tədbirdə müxtəlif ölkələri təmsil edən gənclər, gənclər təşkilatlarının nümayəndələri və bu sahədə fəaliyyət göstərən mütəxəssislər iştirak ediblər. Qurultay gənclərin ekoloji məsələlərə dair bilik və məlumatlılığının artırılması, onların ətraf mühitin qorunması istiqamətində təşəbbüslərinin dəstəklənməsi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma olub.

Qurultayda Gənclərin İnkişaf və Karyera Mərkəzinin əməkdaşları da iştirak ediblər. Tədbir çərçivəsində ekoloji təşəbbüslər, dayanıqlı inkişaf, ətraf mühitin mühafizəsi, gənclərin bu proseslərdə fəal iştirakı və gənclər siyasətinin müasir çağırışları ilə bağlı müxtəlif müzakirələr aparılıb.

Keçirilən sessiya və müzakirələr zamanı iştirakçılar təcrübə mübadiləsi apararaq təmsil etdikləri ölkələrdə ekoloji maarifləndirmənin gücləndirilməsi, gənclərin ekoloji layihələrə cəlb olunması və dayanıqlı inkişaf məqsədlərinə töhfə verən təşəbbüslər barədə fikir və təkliflərini bölüşüblər.

Azərbaycan nümayəndələri tərəfindən ölkəmizdə gənclərin ekoloji maarifləndirilməsi, onların sosial və ictimai fəallığının artırılması, dayanıqlı inkişaf və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən layihə və tədbirlər barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclərin müxtəlif layihələr vasitəsilə ekoloji məsələlərə dair biliklərinin artırılması və bu istiqamətdə təşəbbüslərinin dəstəklənməsi ilə bağlı görülən işlər diqqətə çatdırılıb.