“Gənc Təlimçilər Məktəbi” layihəsi çərçivəsində ilk təlimlər uğurla həyata keçirilib. Təlimlərdə iştirak edən gənclər təlim planlamasının əsas mərhələləri, təlim dizaynı prinsipləri və effektiv təlimçilik bacarıqları barədə ətraflı məlumat əldə ediblər. Sessiyalar zamanı interaktiv müzakirələr, qrup işləri və praktiki fəaliyyətlər vasitəsilə iştirakçılar öz bilik və bacarıqlarını daha da möhkəmləndiriblər.“Gənc Təlimçilər Məktəbi” gənclərin təlimçilik sahəsində inkişafını dəstəkləmək, onların kommunikasiya, təqdimat və liderlik bacarıqlarını artırmaq məqsədi daşıyır. Layihə çərçivəsində Bakı və regionlardan 200-ə yaxın gənc iştirak edir. Proqram həm onlayn, həm də fiziki formatda həyata keçirilir.
Təlimlər zamanı gənclər yalnız nəzəri biliklərlə kifayətlənməyərək, müxtəlif praktiki tapşırıqlar yerinə yetirir, komanda təqdimatları hazırlayır və peşəkar mentorların dəstəyi ilə şəxsi inkişaflarını sürətləndirirlər. Layihə boyunca iştirakçılar real təlim dizaynı nümunələri üzərində işləyəcək, öz təlimlərini planlayacaq və təqdimetmə bacarıqlarını təkmilləşdirəcəklər.
Bu təşəbbüs gənclərə gələcəkdə peşəkar təlimçi kimi fəaliyyət göstərmək, auditoriya qarşısında çıxış etmək və tədris proseslərini effektiv şəkildə idarə etmək imkanı qazandıracaq.
05.11.2025






