#Gənclərüçün “Uzunmüddətli karyera hədəflərinin qurulması” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşəbbüsü ilə təşkil olunub və əsas məqsəd gənclərin karyera planlaması bacarıqlarının inkişaf etdirilməsinə, eləcə də şəxsi və peşəkar hədəflərinin müəyyənləşdirilməsinə dəstək göstərmək olub.
Təlimçi Təhminə Salmanova tərəfindən aparılan sessiya zamanı iştirakçılar uzunmüddətli karyera məqsədlərinin formalaşdırılması, bu məqsədlərə nail olmaq üçün effektiv strategiyaların hazırlanması və fərdi inkişaf planının tərtib edilməsi barədə ətraflı məlumat əldə ediblər.
İnteraktiv şəkildə təşkil olunan təlimdə iştirakçılar həm nəzəri biliklər, həm də praktiki bacarıqlar qazanıblar. Onlar müxtəlif qrup tapşırıqları və müzakirələr vasitəsilə öz potensiallarını qiymətləndirməyi, gələcəkdə seçdikləri sahədə uğur qazanmaq üçün hansı addımlar atmalı olduqlarını müəyyənləşdiriblər.
Təlimin sonunda iştirakçılar uzunmüddətli karyera planının hazırlanmasının vacibliyini, motivasiyanın davamlı saxlanması yollarını və məqsədlərə sistemli yanaşmanın önəmini vurğulayıblar.
01.11.2025
Belə tədbirlər gənclərin peşəkar yönümlərinin formalaşdırılmasına, onların əmək bazarına daha hazırlıqlı daxil olmasına mühüm töhfə verir.






