Scroll Top

GƏNCƏDƏ “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV İRSİ, MÜASİR LİDERLİK VƏ GƏNCLƏRİN DÖVLƏTÇİLİKDƏ ROLU” MÖVZUSUNDA PANEL MÜZAKİRƏSİ KEÇİRİLİB

IMG_5348.JPG

Gəncə şəhərində “Ümummilli Lider Heydər Əliyev irsi, müasir liderlik və gənclərin dövlətçilikdə rolu” mövzusunda panel müzakirəsi təşkil olunub. Tədbir çərçivəsində gənclərin dövlətçilik dəyərləri, liderlik bacarıqları və milli irsin təbliğində rolu geniş müzakirə edilib.

Paneldə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev, GİKM-in Gəncə-Daşkəsən regional nümayəndəliyinin koordinatoru Alagöz Quliyeva, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin əməkdaşı Tacir Qurbanov və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin baş fond mühafizi Mələk Qurbanova çıxış ediblər. Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik irsinin Azərbaycanın müasir inkişaf yolunda oynadığı müstəsna rol xüsusi vurğulanıb. Bildirilib ki, bu irs yalnız keçmişin deyil, həm də bu günün və gələcəyin uğurlu inkişaf strategiyasının əsasını təşkil edir.

Tədbirin davamında Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktoru İlknur İsgenderovanın moderatorluğu ilə panel müzakirəsi baş tutub. Paneldə Milli Məclisin deputatları Pərvin Kərimzadə və Müşfiq Cəfərov, həmçinin Yeni Azərbaycan Partiyasının Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov spiker qismində çıxış ediblər. Spikerlər öz çıxışlarında müasir dövrdə liderlik anlayışının mahiyyəti, gənclərin cəmiyyət həyatında fəallığının artırılması və onların dövlət idarəçiliyində rolunun gücləndirilməsi istiqamətində həyata keçirilən siyasət barədə ətraflı məlumat veriblər.

Qeyd olunub ki, gənclərin bilik və bacarıqlarının inkişaf etdirilməsi, onların milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsi ölkənin dayanıqlı inkişafı üçün əsas prioritetlərdəndir. Bu baxımdan, belə maarifləndirici tədbirlər gənclərin dünyagörüşünün genişlənməsinə, liderlik keyfiyyətlərinin formalaşmasına və vətəndaş məsuliyyətinin artırılmasına mühüm töhfə verir.

Panel müzakirəsi iştirakçılarla aktiv fikir mübadiləsi və sual-cavab sessiyası ilə davam edib. Gənclər onları maraqlandıran sualları spikerlərə ünvanlayaraq mövzu ətrafında geniş məlumat əldə etmək imkanı qazanıblar.