Scroll Top

GƏNCLƏR ÜÇÜN “YAY TƏCRÜBƏ PROQRAMI” DAVAM EDİR

IMG_7598

Bakı və region gəncləri üçün həyata keçirilən “Yay Təcrübə Proqramı” uğurla davam edir.

Proqram çərçivəsində 16 şəhər və rayondan 200-ə yaxın gənc müxtəlif istiqamətlər üzrə praktiki bilik və bacarıqlar əldə edir, real iş mühiti ilə tanış olur və peşəkar inkişaf imkanlarından yararlanır.

Təcrübə müddətində iştirakçılar aidiyyəti sahələr üzrə fəaliyyət prosesinə cəlb olunur, komanda işi, ünsiyyət, layihələrin idarə olunması, sosial media marketinq və digər  sahələrdə bacarıqlarını inkişaf etdirirlər. Proqram gənclərin əmək bazarına hazırlığının gücləndirilməsi və onların gələcək karyera hədəflərinə daha inamla addımlamalarına dəstək məqsədi daşıyır.

“Yay Təcrübə Proqramı” gənclərin nəzəri biliklərini praktiki təcrübə ilə möhkəmləndirməsinə, yeni peşəkar əlaqələr qurmasına və öz potensiallarını daha yaxından kəşf etməsinə şərait yaradır.

Gənclərimizə uğurlar arzu edirik.