12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində müxtəlif maarifləndirici, sosial və inkişafyönümlü fəaliyyətlər təşkil olunub.
Keçirilən tədbirlər çərçivəsində gənclər üçün şəxsi inkişaf, karyera quruculuğu, liderlik, rəqəmsal bacarıqlar, könüllülük fəaliyyəti və sosial aktivlik mövzularında sessiyalar, görüşlər və interaktiv fəaliyyətlər həyata keçirilib. Eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə komanda oyunları, intellektual yarışlar və yaradıcı fəaliyyətlər də təşkil olunub.





