Scroll Top

“YAY TƏCRÜBƏ PROQRAMI” İŞTİRAKÇILARI ARASINDA İNTELLEKTUAL YARIŞ KEÇİRİLİB

776077171_18120269920870034_5361482501016609932_n

“Yay Təcrübə Proqramı” iştirakçıları arasında Breyn-rinq formatında intellektual yarış təşkil olunub.

Yarış zamanı iştirakçılar dünyagörüşü, məntiq, blitz və risk sualları üzrə mübarizə apararaq bilik və məntiqi düşünmə bacarıqlarını nümayiş etdiriblər. Dinamik və rəqabətli şəraitdə keçirilən yarış iştirakçıların həm intellektual potensialını sınamaq, həm də komanda şəklində əməkdaşlıq bacarıqlarını inkişaf etdirmək imkanı yaradıb.

Yarışın yekununda ən yüksək nəticəni göstərən “Spider-Man” komandası qalib elan olunub.