GİKM-in nümayəndələri cənab Prezident İlham Əliyev tərəfindən təltif edilib.
Bakıda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) fəal iştiraka görə qiymətləndirilən əməkdaşların təltifnamələrini Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov təqdim edib.