Qarabağ regionundan olan gənclər üçün “Karyera quruculuğu” mövzusunda sessiya keçirilib.
“Gənclərin Karyera İnkişaf Platforması”nın 5-ci modulu çərçivəsində təşkil edilən və 2 hissədən ibarət olan proqramın ilk hissəsində “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinə ekskursiya, daha sonra Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İnsan Resursları Departamentinin müdiri Fəridə Əsgərovanın təqdimatında ASAN İnnovativ İnkişaf Mərkəzində təlim baş tutub.
Qeyd edək ki, 5-ci modulun tərəfdaşı “Böyük Qayıdış” Gənclər Təşkilatıdır.