Scroll Top

MİLLƏT VƏKİLİ ŞAHİN İSMAYILOVLA GÖRÜŞ

Şahin İsmayılovla görüş (3)

“Qərbi Azərbaycanın gənc səfirləri”nin növbəti görüşü təşkil edilib.

Bu dəfə qonağımız Azərbaycan Respublikası Milli Məclisinin Gənclər və İdman Komitəsinin sədri və Qərbi Azərbaycan İcmasının Nəzarət-Təftiş Komissiyasının sədrinin müavini cənab Şahin İsmayılov “Gənclər Qərbi Azərbaycana qayıdışa necə töhfə verə bilər?” mövzusunda fikirlərini bölüşüb.

Qeyd edək ki, layihə AR Gənclər və İdman Nazirliyinin dəstəyi, Dünya Azərbaycanlıları Gənclər Təşkilatının təşkilatçılığı, Qərbi Azərbaycan İcması və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə keçirilir.