Gənclərin karyera quruculuğunda ödənişsiz tədris fürsəti təqdim edən “Career Ladder” proqramında 2 ay boyunca gənclər sahibkarlıq, layihələrin, biznesin və risklərin idarəedilməsi sahəsində geniş bilik və bacarıqlar əldə ediblər.
300-dən çox gəncin qeydiyyat üçün müraciət etdiyi proqram üzrə müsahibə əsasında seçilən 40 gənc müvəffəqiyyətlə layihəni tamamlayıblar.
Qeyd edək ki, təlimlər proqramın tərəfdaşı olan “Revisa” MMC şirkətinin təsisçisi və direktoru Vüsal Mahmudov tərəfindən keçirilib.

