Scroll Top

İSMAYILLI VƏ QƏBƏLƏDƏ “MEDİA SAVADLILIĞI” TƏLİMİ

media həftəsi - Qəbələ - İsmayıllı (3)

“Media savadlılığı həftəsi” çərçivəsində İsmayıllı və Qəbələ gəncləri üçün təlim keçirilib.

60-a yaxın gəncin iştirak etdiyi “Media savadlılığı” təlimində Medianın İnkişafı Agentliyinin Media dəstək layihələri və strateji planlaşdırma şöbəsinin əməkdaşı Aynur Zeynallı tərəfindən düzgün mənbələrin müəyyən edilməsi, media məzmununa sorğulayıcı yanaşma bacarıqlarının inkişafı və yanlış informasiyanı tanımaq üçün istifadə olunan üsullarla bağlı ətraflı məlumat verilib.

Sonda mövzu üzrə keçirilən test tapşırığının qalibləri mükafatlandırılıb.

Qeyd edək ki, region gəncləri üçün keçirilən təlimlər AR Medianın İnkişafı Agentliyi və AR Gənclər Fondunun birgə təşkilatçılığı ilə təşkil olunub.