Gənclərin İnkişaf və Karyera Mərkəzi və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən “Hazır mühasib 4” layihəsinin onlayn açılışı baş tutub.
Açılışda GİKM-in İctimaiyyətlə əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Könül İsmayılzadə, İATM-in prezidenti Radil Fətullayev, layihə iştirakçıları iştirak edib, gənclərin sualları cavablandırılıb.
Layihədə iştirak etmək üçün 500-dən çox gənc müraciət edib, onlar arasından 101 nəfər gənc test imtahanı və müsahibə mərhələsini uğurla tamamlayaraq layihə iştirakçısına çevriliblər. Layihə iştirakçıları arasında həm regionlarda, həm də paytaxtda yaşayan gənclər var.
Qeyd edək ki, onlayn proqramı uğurla tamamlayanlar sertifikatla təltif olunacaq və fərqlənən iştirakçılar təlimlərdən sonra dövlət və özəl qurumlara təcrübə proqramına göndəriləcək.