Scroll Top

“HAZIR MÜHASİB 4” LAYİHƏSİNİN BAĞLANIŞ MƏRASİMİ KEÇİRİLİB

464816974_869788742002629_671025741244293526_n

Bakıda və ölkənin müxtəlif regionlarında maliyyə və mühasibatlıq sahəsində karyera qurmaq istəyən gənclər üçün “Hazır Mühasib 4” layihəsi keçirilib.

Bağlanış mərasimində çıxış edən Gənclərin İnkişaf və Karyera Mərkəzinin  (GİKM) Baş direktoru Azər Əliyev və İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) prezidenti Radil Fətullayev layihənin əhəmiyyətini vurğulayıblar. Onlar qeyd ediblər ki, bu cür layihələr gənclərin peşəkar inkişafına təkan verir və ixtisaslı kadrların formalaşmasına dəstək olur. Həmçinin layihənin gənclərə yalnız nəzəri biliklər verməklə kifayətlənmədiyini, eyni zamanda onların real iş mühitində vacib olan praktiki bacarıqlarla da təmin olunduğunu vurğulayıblar.

Layihə iştirakçıları isə qazandıqları bilik və bacarıqların onların karyera inkişafına dəstək olacağını və iş imkanlarının artdığını vurğulayıblar.

Məlumat üçün bildirək ki, “Hazır mühasib” layihəsi GİKM və İATM-ın birgə təşkilatçılığı ilə keçirilən sayca 4-cü layihədir. Layihənin əvvəlki mərhələlərində iştirak edən gənclərin bir çoxu həm dövlət, həm də özəl sektorda müxtəlif vəzifələrə işə qəbul olunaraq, karyera yüksəlişi əldə ediblər.

Tərəfdaşlar gələcəkdə də bu cür layihələrin davamlı olaraq həyata keçirilməsini və ölkənin müxtəlif regionlarında gənclərin karyera inkişafını təmin etməyi hədəfləyir.