“Hazır mühasib” ödənişsiz tədris proqramı 5-ci dəfə start götürüb.
Bakı gəncləri üçün əyani, region gəncləri üçün onlayn formatda keçiriləcək proqramın açılışı baş tutub. İştirakçılar proqramın müəllimləri ilə tanış olub, dərslərin gedişatı haqqında məlumatlandırılıb.
Ümumilikdə 100-dən çox gəncin faydalanacağı və 5 ay davam edəcək tədris proqramında mühasib olmaq istəyən gənclərə uğurlar arzu edirik!