“Marketinqə ilk addım” təlim sessiyası uğurla yekunlaşıb.
“Rəqəmsal gənclik” proqramı çərçivəsində keçirilən sessiya 3 təlimdən ibarət olub. 1 ay ərzində təlimlərdə iştirak edən 30 gənc sertifikatla təltif edilib.
Qeyd edək ki, silsilə təlimlər “PAŞA Kapital”ın Rəqəmsal marketinq üzrə baş mütəxəssisi Səhər Qədimli tərəfindən keçirilib.