Scroll Top

HR MÖVZUSUNDA PANEL MÜZAKİRƏSİ KEÇİRİLİB

IMG_9075

“Gənclər üçün HR sahəsində karyera: İlk addımlardan peşəkar inkişafa” mövzusunda panel müzakirəsi keçirilib.

Tədbirin rəsmi hissəsində Azərbaycan Gənclər Fondu /nun İcraçı direktorunun müavini Ceyhun Hüseynov, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və Azərbaycan HR İnstitutunun təsisçisi və direktoru Emil Hüseynov çıxış edərək HR sahəsinin inkişaf perspektivləri və gənclər üçün yaradılan karyera imkanlarından bəhs ediblər.

Panel müzakirəsində İnsan Resursları üzrə ekspert Günel Binnətli, Öyrənmə və inkişaf üzrə ekspert Təhminə Salmanova və Əmək qanunvericiliyi üzrə ekspert Sevinc Nağıyeva iştirak edərək öz təcrübə və tövsiyələrini gənclərlə bölüşüblər.

Tədbirin sonunda “Gənclər üçün HR Akademiyası” layihəsinin məzunları və təlimçiləri təltif ediliblər.

Qeyd edək ki, tədbir Gənclərin İnkişaf və Karyera Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun və Azərbaycan HR İnstitutunun tərəfdaşlığı ilə Azərbaycan Universitetində keçirilib.