5 Oktyabr-Beynəlxalq Müəllimlər Günü münasibətilə GİKM-in regional nümayəndəlik və bölmələrində gənc müəllimlərin peşəkar və şəxsi inkişafına yönəlmiş silsilə fəaliyyətlər keçirilib.
Keçirilən fəaliyyətlər çərçivəsində təhsildə Zirvə Forumu, gənc müəllimlər üçün şəbəkələşmə və panel müzakirələri, həmçinin müəllimlər arasında intellektual yarışlar təşkil olunub.
Ümumilikdə həyata keçirilən silsilə fəaliyyətlər 700-ə yaxın gənci əhatə edib.

