Scroll Top

“JURNALİSTİKA SAHƏSİNDƏ KARYERA PLANLAMASI” MÖVZUSUNDA PANEL MÜZAKİRƏ TƏŞKİL EDİLİB

CareerLAB - ADU (5)

23 dekabr tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Azərbaycan Dillər Universitetində gənclərin karyera planlamasına dəstək göstərilməsi və onların şəbəkələşməsini təmin etmək məqsədilə “Jurnalistika sahəsində karyera planlaması” mövzusunda panel müzakirə keçirilib.

Tədbirin açılışında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Protokol və tədbirlərin təşkili üzrə meneceri Bəxtiyar Quluzadə, ADU-nun Tələbə Gənclər Təşkilatının sədri Nicat Əliyev çıxış edərək, gənclər üçün karyera quruculuğu istiqamətində keçirilən layihənin faydasından söz açıblar.

Daha sonra panel müzakirələr başlayıb. Müzakirələrdə moderator qismində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəsi Jalə Həsənova, panelistlər qismində isə  “Azxeber Media”nın direktoru Əfsələddin Ağalarov və “Xəzər Media Mərkəzi”nin xüsusi layihələr üzrə aparıcısı Elmin Bayramlı mövzu ətrafında bir sıra önəmli fikirlər səsləndirib, daha sonra gəncləri maraqlandıran suallar cavablandırılıb.

Məlumat üçün bildirək ki, həm Bakı, həm də region gəncləri üçün keçirilən “CareerLAB” şəbəkəsi bundan əvvəl 15-dən çox ali və orta təhsil müəssisəsində müxtəlif mövzular üzrə həyata keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və üzv təşkilatları, həmçinin ali təhsil müəssisələrinin karyera mərkəzləri “CareerLAB” şəbəkəsinin əsas tərəfdaşlarıdır.