Layihənin əsas məqsədi gəncləri GİKM-in fəaliyyəti, təqdim etdiyi imkanlar və həyata keçirdiyi layihələrlə yaxından tanış etmək, onların şəxsi və peşəkar inkişafına dəstək olmaqdır.
500-dən çox gənci əhatə edən görüşlər Ağdam, Ağdaş, Ağstafa, Hacıqabul, Zaqatala, Sumqayıt, Göyçay, Qəbələ, Gəncə şəhər və rayonlarında keçirilib.
“Mərkəzə doğru” layihəsi region gənclərinin mövcud imkanlardan yararlanmasına, yeni bilik və bacarıqlar əldə etməsinə, həmçinin GİKM-in fəaliyyətinə daha yaxından cəlb olunmasına şərait yaradır.





