Scroll Top

“SƏYYAR GƏNCLƏR XİDMƏTİ” AĞCABƏDİDƏ!

IMG_7235

“Səyyar Gənclər Xidməti” layihəsinin növbəti dayanacağı Ağcabədi rayonu olub.

Səyyar Gənclər Xidməti 16-20 noyabr tarixlərində Ağcabədi gəncləri üçün xidmət göstərəcək.

“Gənclərlə, gənclər üçün” şüarı altında keçirilən layihənin Ağcabədidəki açılış mərasimi Dövlət Himninin səsləndirilməsi və ölkəmizin suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış mərasimində Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının müavini, ərazi-təşkilat, ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vüsalə Məmmədova və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Regional nümayəndəliklərlə iş şöbəsinin müdiri Aqil Quliyev iştirak ediblər. Rəsmi çıxışlar zamanı layihənin region gənclərinin şəxsi inkişafına, asudə vaxtlarının səmərəli təşkilinə və onların müxtəlif istiqamətlərdə bilik və bacarıqlarının artırılmasına verdiyi töhfələrdən bəhs olunub.

Tədbirin açılış hissəsi gənclərin ifasında vətənpərvərlik ruhunda musiqili çıxışlarla yekunlaşıb.

Rəsmi hissədən sonra qonaqlar və iştirakçılar Səyyar Gənclər Xidmətinin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub, gənclər üçün təşkil olunan müxtəlif xidmət və imkanlar barədə ətraflı məlumat əldə ediblər.