Gənclərin Karyera və İnkişaf Proqramı çərçivəsində Ağstafa, Lənkəran, Masallı, Qəbələ, İsmayıllı şəhər və rayonlarında gənclər üçün silsilə təlimlər təşkil olunub.
Təlimlərdə iştirak edən gənclər bilik və bacarıqlarını inkişaf etdirmək, yeni biliklər əldə etmək və gələcək karyera hədəfləri istiqamətində faydalı təcrübə qazanmaq imkanı əldə ediblər.
Qeyd edək ki, fəaliyyətlərdə 100-ə yaxın gənc iştirak edib.
Bu kimi təşəbbüslər region gənclərinin potensialının üzə çıxarılmasına, bilik və bacarıqlarının artırılmasına, eləcə də karyera imkanlarının genişləndirilməsinə töhfə verir.






