Gənc sahİbkar

Gənc sahİbkar

Kənd təsəsrrüfatı və digər sahələrdə sahibkarlıqla məşğul olan və sahibkar olmaq istəyən gənclər üçün biznes yönümlü təlimlər, görüşlər təşkil olunur.
Qeyd olunan sahələr üzrə ekspertlər, mütəxəssislər biznes planın hazırlanması, bazar araşdırması, marketinq və satış, tədarük planı, gəlir və xərclər planının müəyyən edilməsi, biznesin hüquqi formaları və s. mövzularda gəncləri məlumatlandırır. Kənd təsərrüfatı ilə məşğul olmaq istəyən, lakin bu yolda təcrübəsi olmayan gənclərə dəstək göstərilməsi məqsədilə onlar uyğun qurumlarda təcrübə proqramlarına yönləndirilir. Həmin gənclər nəzəri-praktiki olaraq müəssisələrdə peşəkar şəxslər tərəfindən tədris edilən təlimlərə qoşulur, sahə üzrə yeni bilik və bacarıqlara yiyələnirlər.