Rəqəmsal gənclİk
Gənclər üçün mobil tətbiqlər və kompüter proqramlarının, elektron resursların tanıdılması üçün müxtəlif təqdimatlar və təlimlər təşkil olunur. Fəaliyyətlərin əsas məqsədi qeyd edilən resursların mənfi və müsbət cəhətləri, sosial şəbəkə hesablarının təhlükəsiz istifadəsi, şəxsi inkişaf və karyera inkişafında tətbiqlərin rolu, ofis şəraitində idarəetmə şəbəkələrinin qurulması və s. mövzularda gəclərin maarifləndirilməsidir. Gənclər əldə etdikləri bilikləri praktiki şəkildə müxtəlif mövzularda təqdimatlar hazırlayaraq nümayiş etdirir.