Könüllü sayı: 723 nəfər
Layihənin həyata keçirildiyi nümayəndəliklər: 22
“Trashtag” aksiyası müasir dövrdə ekologiyanın qeydinə qalmaq, təbiəti mühafizə etmək istiqamətində dünya səviyyəsində keçirilən nümunəvi bir aksiyadır. Fəaliyyətin həyata keçirilməsi üçün şəhər mərkəzində, rayonlarda və ya kəndlərdə zibil tullantıları ilə çirkləndirilmiş hər hansı bir yer seçilir. Həmin yerlər könüllü bir qrup gənc tərəfindən təmizlənir. Trashtag aksiyası il ərzində 20-dən çox nümayəndəlikdə həyata keçirilmişdir. Həmin aksiyanın öncə/sonra şəkilləri müvafiq GİKM nümayəndəliklərinin sosial şəbəkə hesablarında paylaşılmışdır.