Veloyürüşlər

Könüllü sayı: 247 nəfər

Layihənin həyata keçirildiyi nümayəndəliklər: 17

Rayonlarda yaşayan və şəxsi velosipedi olan bir qrup gəncin iştirakı ilə velo yürüşlər həyata keçirilmişdir. Paralel olaraq, velosiped sürməyi bacarmayan, lakin arzusunda olan gəncləri öyrətmək üçün veloklubların fəaliyyəti çərçivəsində xüsusi təlim saatları ayrılmışdır. Layihənin məqsədi velosiped idman növünə olan marağın artırılması və gənclər arasında sağlam həyat tərzinin təbliğidir. İl ərzində artıq 20-yə yaxın nümayəndəlikdə veloklublar yaradılmışdır.