Scroll Top

Yaşıl həftə

Yaşıl həftə

Regionlarda ekoloji cəhətdən çirklənmiş ərazilərin təmizliyi, gənclər arasında heyvansevərliyin və təbiətə qayğının təbliği, o cümlədən, region gənclərinin tarixi abidələrə olan diqqət və marağının artırılması məqsədilə keçirilən layihə sistemli şəkildə həm gənclərin asudə vaxtlarının səmərəli keçirilməsinə, həm də onların təbiətə və tarixi abidələrə olan bağlılığının artırılmasına səbəb olur. Layihə çərçivəsində ekoturizm zonası elan edilən ərazilərə, meşə massivlərinə ekoturistik səfərlər edilir. Bölgədə çirklənmədən əziyyət çəkən ərazilərdə təmizlik işləri həyata keçirilir, ekoçantalar hazırlanır.