Scroll Top

Səyyar Gənclər Xİdmətİ Şəkİdə

564636284_822709313448697_128235635163025535_n

 

“Suveren dövlət, vətənpərvər gənclik” şüarı altında həyata keçirilən Səyyar Gənclər Xidməti fəaliyyətini Şəki şəhərində davam etdirib. Layihə çərçivəsində gənclər üçün maarifləndirici təlimlər, interaktiv sessiyalar və faydalı görüşlər təşkil olunub.

Tədbirin rəsmi hissəsində çıxış edən Şəki şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbə müdirinin müavini Sadiq Yusifov“Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev layihənin gənclərin inkişafına və dövlətçilik dəyərlərinə bağlılığın gücləndirilməsinə mühüm töhfə verdiyini vurğulayıblar.

Qeyd olunub ki, Səyyar Gənclər Xidməti gənclərin vətənpərvərlik ruhunda formalaşmasına, onların məşğulluq, innovasiya, könüllülük və təhsil imkanlarından daha geniş yararlanmasına xidmət edir. Ölkənin müxtəlif şəhər və rayonlarında, eləcə də ucqar kəndlərində reallaşdırılan layihənin əsas məqsədi, Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış tarixi Qələbənin əhəmiyyətini, dövlət müstəqilliyimizin dəyərini və suverenliyimizin bərpasının mahiyyətini gənclərə daha geniş şəkildə təqdim etməkdir.

Layihə müddətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə tərəfdaşlıq çərçivəsində maarifləndirici təlimlər keçirilib. Peşəkar təlimçilər tərəfindən aparılan sessiyalar zamanı iştirakçılara ixtisas seçimi və karyera inkişafı, könüllülük fəaliyyəti, süni intellektin imkanları, sağlam həyat tərzi mövzularında faydalı biliklər təqdim olunub.

Səyyar Gənclər Xidməti layihəsi gənclərin bilik və bacarıqlarının artırılması, onların sosial fəallığının dəstəklənməsi istiqamətində əhəmiyyətli təşəbbüslərdən biri kimi uğurla davam etdirilir.