Scroll Top

“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GENİŞMİQYASLI FƏALİYYƏTLƏR HƏYATA KEÇİRİLİB

670171094_18107625967870034_8926920930547377196_n

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) regional nümayəndəlik və bölmələri tərəfindən “Şəhərsalma və Memarlıq İli” çərçivəsində silsilə fəaliyyətlər uğurla həyata keçirilib.

Layihə çərçivəsində ölkənin 11 şəhər və rayonunu əhatə edən tədbirlər proqramı hazırlanaraq gənclərin aktiv iştirakı təmin olunub. Ümumilikdə 500-dən çox gəncin qatıldığı bu fəaliyyətlərdə iştirakçılara şəhərsalmanın əsas prinsipləri, müasir urbanizasiya prosesləri, ekoloji yanaşmalar və davamlı inkişaf meyarları barədə geniş məlumat verilib. Eyni zamanda, memarlıq sahəsinin tarixi inkişaf mərhələləri, milli memarlıq nümunələrinin əhəmiyyəti və onların qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Tədbirlər çərçivəsində təşkil olunan seminarlar, təlimlər, panel müzakirələri və intellektual yarışlar gənclərin həm nəzəri biliklərini artırıb, həm də praktiki düşüncə bacarıqlarını inkişaf etdirməyə imkan yaradıb. Sahə üzrə mütəxəssislər tərəfindən keçirilən çıxışlar zamanı iştirakçılar real layihələr, uğurlu şəhərsalma nümunələri və memarlıqda innovativ yanaşmalarla yaxından tanış olublar.

Bundan əlavə, fəaliyyətlər zamanı gənclərin yaradıcılıq potensialının üzə çıxarılması məqsədilə müxtəlif ideya müzakirələri və qrup işləri təşkil edilib. İştirakçılar öz baxışlarını təqdim edərək gələcəyin şəhərləri ilə bağlı innovativ təkliflər irəli sürüblər. Bu isə onların analitik düşünmə, komanda ilə işləmə və təqdimat bacarıqlarının inkişafına mühüm töhfə verib.