Scroll Top

“ŞƏXSİ İNKİŞAF KİTABÇASI” GƏNCLƏRİN İSTİFADƏSİNƏ TƏQDİM OLUNUB

IMG_4570 (1)

Gənclərin İnkişaf və Karyera Mərkəzi (GİKM) tərəfindən hazırlanan “Şəxsi inkişaf kitabçası” artıq gənclərin istifadəsinə təqdim olunub.

Tədbirin açılışında çıxış edən GİKM-in Baş direktoru Azər Əliyev, kitabçanı gənclərin şəxsi inkişafına töhfə verən vacib təşəbbüslərdən biri kimi dəyərləndirib. O, qeyd edib ki, kitabça yalnız nəzəri bilikləri deyil, həm də testlər və praktiki tapşırıqları özündə birləşdirir.

Tədbirin ilk hissəsində iştirakçılara kitabçanın məqsədi, məzmunu və istifadəsi qaydaları barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabça müxtəlif bölmələrdən ibarətdir və hər bölmədə gənclərin düşünmə, planlaşdırma və qərarvermə bacarıqlarını inkişaf etdirən testlər, refleksiya sualları və interaktiv tapşırıqlar yer alır.

Təqdimatın davamında gənclər üçün interaktiv oyunlar, qrup işləri və müzakirələr təşkil edilib. Bu fəaliyyətlər zamanı iştirakçılar şəxsi inkişafla bağlı fikirlərini bölüşüb, kitabçada yer alan tapşırıqları birgə müzakirə ediblər. Əlavə olaraq, gənclər fərdi məqsədlərini yazılı şəkildə ifadə edib və həmin məqsədlərə çatmaq üçün atmalı olduqları addımları planlaşdırıblar.

GİKM-in bu təşəbbüsü gənclərə özünü kəşf etmək, məqsədlərini müəyyənləşdirmək və şəxsi inkişaf planı qurmaq üçün praktik bir vasitə təqdim edir. Layihə gənclərin şəxsi və peşəkar bacarıqlarının inkişafını stimullaşdırmaq, onların öz məqsədlərini müəyyənləşdirməsinə və bu istiqamətdə ardıcıl addımlar atmasına şərait yaratmaq məqsədi daşıyır.

“Şəxsi inkişaf kitabçası”nı oxumaq üçün link  və yükləmə linki vasitəsilə əldə edə bilərsiniz.

📅 23 oktyabr 2025