Scroll Top

“SƏYYAR GƏNCLƏR XİDMƏTİ” AĞDAMDA

532256520_1075758928072275_8197199804138522517_n
“Səyyar Gənclər Xidməti”nin növbəti dayanacağı Ağdam rayonu olub.
Tədbirin rəsmi hissəsində çıxış edən Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Xəqani Nəzərov və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev layihənin gənclər üçün əhəmiyyətini yüksək qiymətləndirərək onun dövlətçilik dəyərlərinin təbliğində mühüm rol oynadığını vurğulayıb.  Keçirilən layihənin əsas məqsədi Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bərpa edilən ölkə suverenliyimizin əhəmiyyətini gənclər arasında təbliğ etmək, dövlət gənclər siyasətinin yaratdığı imkanları, o cümlədən məşğulluq, innovasiya və digər sahələrdəki təşəbbüsləri region gənclərinə daha əlçatan etməkdir.