“Yay Fest 2025”in “İnkişaf” düşərgəsində “Bizdən biri!” adlı panel görüş keçirilib.
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Rəşad Zeynalovun moderatorluğu ilə keçirilən görüşdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru, Gənclər üçün Prezident mükafatına layiq görülmüş Azər Əliyev spiker qismində çıxış edib. O, gənclərlə öz uğur yolunu və təcrübələrini bölüşüb.

