Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən Bakı və region gəncləri üçün həyata keçirilən “Yay təcrübə proqramı”nın müsahibə mərhələsi davam edir.
Proqrama ümumilikdə 16 şəhər və rayondan 1000-ə yaxın gənc müraciət edib. Hazırda namizədlərin bilik, motivasiya və inkişaf potensialının qiymətləndirilməsi məqsədilə müsahibələr keçirilir.
Müsahibə mərhələsini uğurla başa vuran iştirakçılar proqram çərçivəsində müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaq, peşəkar mühitdə çalışmaq və bilik-bacarıqlarını inkişaf etdirmək imkanı əldə edəcəklər.
“Yay təcrübə proqramı” gənclərin əmək bazarına hazırlığının gücləndirilməsi, peşəkar bacarıqlarının artırılması və gələcək karyera inkişafına dəstək göstərilməsi məqsədilə həyata keçirilir.
Bütün namizədlərə müsahibə mərhələsində uğurlar arzulayırıq!

