Scroll Top

KARYERA QURUCULUĞUNDA XARİCİ DİL BİLİKLƏRİNİN ƏHƏMİYYƏTİ MÖVZUSUNDA TƏLİM UĞURLA BAŞ TUTUB

657390274_18106779028870034_587118890137499814_n

“Karyera quruculuğunda xarici dil biliklərinin əhəmiyyəti” mövzusunda təşkil olunan təlim uğurla baş tutub. Təlimin əsas məqsədi gənclərə müasir əmək bazarının tələblərinə uyğun olaraq xarici dil biliklərinin əhəmiyyətini izah etmək, onların karyera imkanlarını genişləndirmək və fərdi inkişaf istiqamətində motivasiya vermək olub.

Tədbir zamanı iştirakçılara xarici dil biliklərinin yalnız ünsiyyət vasitəsi olmadığı, eyni zamanda peşəkar inkişaf, beynəlxalq əməkdaşlıq və qlobal iş imkanlarına çıxış baxımından mühüm rol oynadığı ətraflı şəkildə izah edilib. Qeyd olunub ki, bir və ya bir neçə xarici dili bilmək şəxsin rəqabət qabiliyyətini artırır, onun fərqlənməsinə və daha prestijli iş imkanları əldə etməsinə şərait yaradır.

Təlim çərçivəsində əmək bazarında xarici dil biliklərinin yaratdığı üstünlüklər, müxtəlif sahələrdə bu bacarığın tətbiq imkanları və işəgötürənlərin bu istiqamətdə gözləntiləri geniş şəkildə müzakirə olunub. İştirakçılar real nümunələr və praktiki yanaşmalar əsasında məlumatlandırılıb, uğurlu karyera qurmaq üçün vacib olan addımlar barədə tövsiyələr verilib.

Bununla yanaşı, gənclərlə interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və xarici dil öyrənməyə dair effektiv metodlar bölüşülüb. Dil bacarıqlarının inkişaf etdirilməsi üçün düzgün planlama, davamlı təcrübə, müasir öyrənmə resurslarından istifadə və motivasiyanın qorunmasının vacibliyi xüsusi vurğulanıb.

Təlim Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova tərəfindən həyata keçirilib. Təlimçi öz şəxsi təcrübəsinə əsaslanaraq iştirakçılarla dəyərli bilik və tövsiyələrini bölüşüb, onların gələcək karyera planlamasında daha məqsədyönlü addımlar atmalarına dəstək olub.