Gənclərin İnkişaf və Karyera Mərkəzi tərəfindən həyata keçirilən “YouthStart” şəxsi inkişaf proqramı regionlarda uğurla davam edir.
Proqram çərçivəsində GİKM-in regional nümayəndəlik və bölmələrində gənclərin şəxsi inkişafına yönəlmiş müxtəlif mövzularda təlimlər təşkil olunub. Təlimlər zamanı iştirakçılar ünsiyyət bacarıqları, liderlik, vaxtın idarə olunması, komanda işi, hədəf müəyyənləşdirmə və digər şəxsi inkişaf istiqamətlərində bilik və bacarıqlarını artırmaq imkanı əldə ediblər.
Ümumilikdə 13 şəhər və rayonda keçirilən təlimlərə 600-dən çox gənc cəlb olunub.
“YouthStart” proqramının əsas məqsədi region gənclərinin şəxsi inkişafını dəstəkləmək, onların potensialını üzə çıxarmaq və gələcək təhsil və karyera həyatında uğur qazanmalarına töhfə verməkdir.





