Scroll Top

BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİKLƏRİ VƏ BÖLMƏLƏRİNDƏ QEYD OLUNUB

774407410_18120057982870034_486853160197545007_n

12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin regional nümayəndəlik və bölmələrində müxtəlif maarifləndirici, sosial və inkişafyönümlü fəaliyyətlər təşkil olunub.

Keçirilən tədbirlər çərçivəsində gənclər üçün şəxsi inkişaf, karyera quruculuğu, liderlik, rəqəmsal bacarıqlar, könüllülük fəaliyyəti və sosial aktivlik mövzularında sessiyalar, görüşlər və interaktiv fəaliyyətlər həyata keçirilib. Eyni zamanda gənclərin asudə vaxtının səmərəli təşkili məqsədilə komanda oyunları, intellektual yarışlar və yaradıcı fəaliyyətlər də təşkil olunub.