Təlim zamanı iştirakçılar işgüzar danışıqların effektiv aparılması, tərəflərin maraqlarının müəyyənləşdirilməsi, ünsiyyət strategiyalarının seçilməsi və qarşılıqlı faydalı razılaşmaların əldə edilməsi istiqamətində bilik və bacarıqlarını artırıblar.
Sessiya Unibank-ın Partnyor şəbəkə şöbəsinin mütəxəssisi Aysel Əzizova tərəfindən interaktiv formatda keçirilib.
Qeyd edək ki, təlim “YouthStart” layihəsi çərçivəsində baş tutub.






