Scroll Top

SABİRABADDA “LEVELUP” KARYERA FORUMU HƏYATA KEÇİRİLİB

Screenshot 2024-11-29 112035

Məqsədi öz karyerasını qurmaq, inkişaf etmək, habelə sahibkarlıqla məşğul olmaq istəyən gənclərin dövlət və özəl qurumlarla təmaslarının daha operativ təşkil edilməsi, qurumların xidmətlərinin müxtəlif qruplardan olan gənclərə təqdim edilməsi və peşəkar spikerlərin faydalı informasiyaları gənclərə çatdırılması olan Forum Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mil-Muğan regional nümayəndəliyinin təşkilatçılığı, Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin, Sabirabad Peşə Liseyinin tərəfdaşlığı və Mil-Muğan Regional Təhsil İdarəsinin Rayon dəstəyi ilə baş tutub.

Forumun rəsmi hissəsində GİKM-in Mil-Muğan regional nümayəndəliyinin koordinatoru Gülnar Babaşova, Mil-Muğan Regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Seyidrza Qurbanov və Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin Tələbə Gənclər Təşkilatının sədri Ramil Quliyev çıxış edərək, forumu açıq elan ediblər.

 

“Gənclərin inkişafı” istiqamətini əhatə edən panel müzakirədə moderator qismində Sabirabad Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Fatimə Quliyeva çıxış edib.

Forumda panelistlər qismində Mil-Muğan regional Təhsil İdarəsinin Sabirabad rayonu üzrə Təhsil Sektorunun aparıcı məsləhətçisi Babaş Babaşov, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin Gənclərlə iş sektorunun müdiri Murad Həsənli, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin Sabirabad-Saatlı KOB agentliyi üzrə nümayəndəsi Piri Hüseynov və Saatlı Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqu Gültac Kərimli iştirak edib. Çıxışların sonunda gənclərin sualları spikerlər tərəfindən cavablandırılıb.